Ermənistanda ŞOK: Nikol bakılılara baş əydi… - FOTO

Ermənistanda ŞOK: Nikol bakılılara baş əydi… - FOTO
10:28 21 Yanvar 2020
47 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanla bağlı sensasion məqaləni üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İrəvanın “Politik.am” saytı yayıb.

Sayt Paşinyanın jurnalist işləyərkən Ermənistanda o vaxtlar ən məşhur “Mollak” qəzetindəki yazısını arxivdən taparaq ictimailəşdirib.

11 fevral 1998-ci ildə Nikol Paşinyan “Ermənilər və azərbaycanlılar – xoşbəxt xalqlar” başlığı altında çıxan məqaləsində ermənilərin düşüncə tərzində problemlər olduğunu bidirib.

O yazıb ki, bu düşüncə pozğunluğu söhbət günahsız azərbaycanlı və türklərin ölməsindən gedəndə özünü daha açıq büruzə verir.

Paşinyan məqaləsində qeyd edir ki, Bakıda günahsız öldürülən insanlar qarşısında baş əyir: “20 Yanvar günü mən bakılıları 1 dəqiqəlik sükutla yad etdim”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR