Azərbaycanda şadlıq evində dəhşətli hadisə - YERİNDƏCƏ ÖLDÜ

Azərbaycanda şadlıq evində dəhşətli hadisə - YERİNDƏCƏ ÖLDÜ
11:53 21 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/302487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR