Ukraynada deputatların sayı azaldılacaq

Ukraynada deputatların sayı azaldılacaq
11:57 21 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini bildirib.
“Report” Lenta.ru-ya istinadən xəbər verir ki, parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.
Qeyd edək ki, Ali Radanın növbəti sessiyası fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynada-deputatlarin-sayi-azaldilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR