“AzerGold” QSC ötən il vergi ödənişlərini artırıb

“AzerGold” QSC ötən il vergi ödənişlərini artırıb
12:22 21 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olub.

Trend-in məlumatına əsasən, bu göstərici 2018-ci il ilə müqayisədə 9.74 min unsiya (21.3%) qızıl və 25.74 min unsiya (33.2%) gümüş çoxdur.

2019-cu ildə “AzerGold” tərəfindən beynəlxalq bazarda 59.6 min unsiya qızıl və 110.9 min unsiya gümüş satılıb. Bu göstərici isə 2018-ci il ilə müqayisədə 14.6 min unsiya (33%) qızıl və 34.6 min unsiya (47%) gümüş çoxdur.

“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, 2019-ci ildə dövlət büdcəsinə ümumilikdə 13 487 739 AZN vəsait ödənilib. Ötən il bu məbləğ 12 644 465 AZN təşkil edib. 2019-cu ildə büdcə ödənişləri ötən illə müqayisədə 843 274 AZN, yəni 6.67 % artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3180007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR