Bakıda hostelə çağırılan qızlar ərəblərin başına oyun açdı

Bakıda hostelə çağırılan qızlar ərəblərin başına oyun açdı
12:32 21 Yanvar 2020
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Ərəbistan vətəndaşları qarət olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, M.İbrahimov küçəsi 5 ünvanında yerləşən "Prestij" hostelində Səudiyyə Ərəbistanı vətəndaşları olan turistlər - 1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin 1000 manatı və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin 450 manatı oğurlanıb.

Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, pulları onlara qonaq gəlmiş Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/819521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR