Putin yeni hədəflərini AÇIQLADI

Putin yeni hədəflərini AÇIQLADI
12:33 21 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında baş tutan Təhlükəsizlik Şurasının iclasında ilk hədəfinin parlamenti gücləndirmək olduğunu bildirib.

Publika.az xəbər verir ki, iclasda Baş nazir Mixail Mişustin, vitse-prezident Dmitri Medvedev, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və bir çox rəsmilər iştirak edib.

Şura üzvləri ilə edilən müzakirələrin əsasında yeni Konstitusiya çalışmaları və parlamentdəki dəyişikliklər olub.

Yeni Konstitusiya dəyişikliklərinə əsasən, Rusiyada bir dövlət başçısının ikinci dəfə prezident seçilə bilməsinin qarşısının alınması hədəflənib.

Putin eyni zamanda Rusiya üçün böyük əhəmiyyət kəsb edən agentlik və təşkilat rəhbərlərinin Təhlükəsizlik Şurası ilə məsləhətləşərək ortaq qərarla təyin olunmalarını tələb edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/302472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR