İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub öldürüb.

Metbuat.az bildirir ki, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAz" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.(Trend)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR