Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar

Azərbaycan gömrükçüləri ölkəyə daxili orqanında narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar
14:02 21 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.
Sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü, ümumi çəkisi 94 qram olan qəhvəyi rəngli, narkotik vasitə - heroin, çəkisi 3 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/olkeye-daxili-orqaninda-narkotika-kecirmek-isteyen-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR