Azərbaycanda beynəlxalq tədbirdə təmsil olunub

11:23 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) nümayəndələri Cenevrədə keçirilən beynəlxalq tədbirə qatılıblar.
Təşkilatın sədri İsmayıl Cəbrayılov və sədr müavini İsrafil Xakiyev BMT-nin Cenevrə ofisində - Millətlər Sarayında “Qeyri-müəyyənlik dövrlərində kommunikasiyasının dayaqları: Dilin düzgünlüyü, məxfilik və etibarlılıq” mövzusunda CİUTİ (Tərcüməçi və Dilmancların Tərcümə İnstitutlarının Daimi Konfransı Beynəlxalq Təşkilatı) tərəfindən keçirilən forumda iştirak ediblər.
İ.Cəbrayılov AzərTAc-a bildirib ki, CİUTİ təşkilatı İkinci Dünya müharibəsinin ardınca tərcüməçilərə artan tələbatın nəticəsində, 1960-cı ildə Cenevrə, Heydelberq, Sorbon və digər universitetlərin təşəbbüsü ilə yaradılıb. Hər il dünyanın hər yerindən yüzlərlə tərcüməçi və dilmancı bir araya gətirən CİUTİ Forumu, şifahi və yazılı tərcümə sahəsində cəlb olunan bütün tərəflər üçün açıq müzakirə platformasıdır.
O deyib ki, Cenevrədə keçirilən bu tədbirdə tərcümə sahəsinin mütəxəssisləri tərcümə və dilmanclıq ilə əlaqəli problemlər və həll yollarını, cari tendensiyaları, gözlənilən inkişaf proseslərini, tərcüməçi hazırlığını müzakirə ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR