MSK Gülər Əhmədovanın müraciətini təmin etmədi

MSK Gülər Əhmədovanın müraciətini təmin etmədi
16:29 21 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Trend-in məlumatına görə, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3180237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR