Göyçayda “VAZ”la “Ford” toqquşdu: ölən var

Göyçayda “VAZ”la “Ford” toqquşdu: ölən var
16:37 21 Yanvar 2020
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi "Ford Transit" markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/819582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR