Kriminal avtoritet "Gəncinski" saxlanıldı: Görün evindən nələr çıxdı -

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş "Osman Gəncinski" kimi tanınan 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə "baku.ws"-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat daxil olub. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri müsadirə edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR