Polis rəisinin qardaşı dəhşətli qəzada həlak oldu

11:27 17 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Şəki ŞRPŞ-nin DYPB-nin rəisinin qardaşı yol qəzasında dünyasını dəyişib

Regional TV (Region TV) xəbər verir ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-liyində, magistralın Qubanın Günəşli kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlunun idarə etdiyi “VAZ 21 07” markalı avtomaşınla “TIR” yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisədə dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində  araşdırmalar davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR