Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb

Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb
19:02 21 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Fazil oğlu Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə K.Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-avtomobil-qezasi-bas-verib-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR