İranda dəm qazından ölənlərin sayı artıb

İranda dəm qazından ölənlərin sayı artıb
19:05 21 Yanvar 2020
141 Dünya
Ölkə mətbuatı
A- A+

İranda 9 ay (21 mart -21 dekabr 2019) dəm qazından həlak olanların sayının artdığı və soyuq hava şəraitinə görə İranın Tibbi Ekspertiza Təşkilatı xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, İranın Tibbi Ekspertiza Təşkilatının informasiya portalının məlumatında öz əksini tapıb.

Bildirilir ki, 9 ay ərzində İranda 436 nəfər dəm qazı nəticəsində həlak olub. Bu isə ötən ilin analoji dövrü ilə (388 nəfər) müqayisədə 12,4% artımın olduğunu göstərir.

Məlumata əsasən, qeyd olunan müddətdə ən çox ölüm halları Tehran (84 nəfər), Şərqi Azərbaycan (43 nəfər) və İsfahan (39 nəfər) vilayətlərində olub.

Təşkilatın məlumatında bildirilir ki, payızda 214 nəfər dəm qazı nəticəsində dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/819586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR