Azərbaycanda 126 mindən çox uşaq tərbiyə alır

Azərbaycanda 126 mindən çox uşaq tərbiyə alır
19:12 21 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.
Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1679 dövlət və 124 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 126 mindən çox uşaq tərbiyə alır.
2019/2020-ci tədris ilinin əvvəlinə ölkənin 4400 dövlət və 33 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,6 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib. Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 17,0 faiz olub.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-126-minden-cox-usaq-terbiye-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR