Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var
19:57 21 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yol qəzası baş verib. 
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə miroavtobusun sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. 







Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kurdemirde-mikroavtobus-traktora-cirpilib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR