Rusiyada nadir zümrüd tapıldı - 55 min dollar

Rusiyada nadir zümrüd tapıldı - 55 min dollar
22:08 21 Yanvar 2020
172 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiyanın Sverdlovsk vilayətində Mariinsk mədənində nadir zümrüd tapılıb.

Trend-in məlumatına görə, çəkisi 0,5 kiloqram olan zümrüdün qiyməti 55 min dollar məbləğində dəyərləndirilir.

Qeyd olunur ki, zümrüd rənginə görə birinci, sortuna görə ikinci kateqoriyaya aid edilir.

Həmin qiymətli daş yerin 260 metr dərinliyində aşkar edilib. Zümrüdü tapan mədənçilərə pul mükafatı verilməsi nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3178582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR