Dünya İqtisadi Forumu əməkdaşlıq üçün yaxşı müstəvidir - ŞƏRH

Dünya İqtisadi Forumu əməkdaşlıq üçün yaxşı müstəvidir - ŞƏRH
22:23 21 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Dünya İqtisadi Forumunun Azərbaycana faydaları böyükdür. Ölkəmiz kimi, xüsusən də inkişafa maraqlı aktorlar böyük şirkətlərin diqqətini cəlb etməyə çalışır və investisiya qoyuluşuna, onlarla əməkdaşlığa can atır.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib.

Ekspert ölkəyə xarici investisiyaların cəlbindən danışıb: “İri şirkətlər əsasən Azərbaycan kimi ölkələrin rəhbərləri ilə birbaşa görüşə üstünlük verir. Bununla da həmin ölkədə işlərini qurmaq üçün rəhbərlikdən dəstək almağa çalışırlar. Bu baxımdan dövlət başçılarının, transmilli şirkət rəhbərlərinin toplaşdığı Dünya İqtisadi Forumu iqtisadi əməkdaşlıq üçün yaxşı müstəvidir. Bu Forum təminatlar verilməsi üçün, ölkəyə xarici investisiyaların cəlbi baxımından müsbət rola malikdir. Azərbaycanın davamlı iqtisadi inkişafa malik partnyor kimi iri şirkətlərə və dünya ölkələrinə təqdimatı baxımından çox əhəmiyyətlidir. Birbaşa investisiyalar ölkəyə maliyyə resursu ilə yanaşı, qabaqcıl idarəetmə təcrübəsi və texnologiya gətirir”.

İqtisadçı investorlar üçün cəlbedici amillərdən də danışıb: “İndiki və gələcək Azərbaycanı maraqlandıran əsas istiqamət xüsusən şəffaflığın artırılması və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır. Dünya İqtisadi Forumu tərəfindən həm rəqabətqabiliyyətli indikatorlar, həm də Dünya Bankı tərəfindən buraxılan işgüzar “Doing Business” hesabatı investorlar üçün cəlbedici sayılır. Onlar yatırım edərkən məhz həmin indikatorlara nəzər yetirir”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/302531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR