Sabirabadda 66 yaşlı kişini avtomobil vurub

Sabirabadda 66 yaşlı kişini avtomobil vurub
22:42 21 Yanvar 2020
52 Digər
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaragüney kəndi ərazisində qeydə alınıb.
Avtomobil kənd sakini, 1954-cü il təvəllüdlü Qayıbov Baloğlan Əhməd oğlunu mağaza qarşısında vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
B. Qayıbovun baytar həkim olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-66-yasli-kisini-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR