Xiaomi Poco X2 smartfonu təqdim olundu

Xiaomi Poco X2 smartfonu təqdim olundu
22:47 21 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Çin smartfonlarının pərəstişkarları Xiaomi Poco F2 flaqmanının buraxılmasını gözləyirlər. Artıq Phoenixin kodu altında keçən model haqqında ətraflı məlumatlar ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, tanınmış Geekbench məlumat bazasında, Qualcomm prosessorunda fəaliyyət göstərən bir cihazın sınaqdan keçirilməsinin nəticələri nümayiş etdirilib. Çoxnöqtəli sınaq rejimində cihaz 1767 bal, birnöqtəli rejimdə isə 547 bal toplayıb. Qalan texniki parametrlər və smartfonun adı hələlik gizli saxlanılır.

Əvvəllər insayderlər yeni smartfonun müasir Android 10 əməliyyat sistemi alacağını elan ediblər. Həmçinin göstərilir ki, yuxarıda göstərilən naməlum cihaz altında məhz qarşıdan gələn yenilik - Xiaomi Poco X2 nəzərdə tutula bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR