Putin yeni hökumətin tərkibini təsdiq etdi

Putin yeni hökumətin tərkibini təsdiq etdi
22:58 21 Yanvar 2020
165 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin təqdim etdiyi hökumətin tərkibini təsdiq edib.

Publika.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Mixail Mişustinin doqquz müavini olacaq. Əvvəlki hökumətdə isə bu say 10 idi. Yeni hökumətdə Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Enerji naziri Aleksandr Novak, Daxili İşlər naziri Vladimir Kolokoltsev postlarını qoruyub.

Putin yeni hökumətlə təşkil edilən ilk toplantıda nazirlərə tapşırıqlar verərək, uğurlar arzulayıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/302556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR