Sumqayıtda ağır yol qəzası baş verib, ölən və yaralılar var -

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR