Şəkidə intihar hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, 1997-ci il təvəllüdlü Verdiyeva Şəhla Pərviz qızı evin həyətyanı sahəsində özünü kəmərlə asıb. Hadisə ötən gün axşam saatlarında baş verib. Gənc qızın ailəsi saat 22:30-da Təcili Tibbi yardıma müraciət edib.
Şəki Mərkəzi Rayon Xəstəxanasına gətirilən qıza ilkin tibbi yardım göstərilib. Daha sonra gənc qız reanimasiyaya yerləşdirilib. Şəhla Verdiyeva səhər saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, hadisəyə ailə məişət zəminində münaqişə səbəb olub.
Qeyd edək ki, Şəhla Verdiyeva Şəki Musiqi Texnikumunun tələbəsi olub.