KİV: Davosda rusiyalı casuslar saxlanılıb

KİV: Davosda rusiyalı casuslar saxlanılıb
10:22 22 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda casus olduğu güman edilən 2 Rusiya vətəndaşı saxlanılıb.
“Report” xəbər verir ki, bunu İsveçrənin gündəlik “Tages-Anzeiger” qəzeti yazıb. 
Nəşrin məlumatına görə, 2019-cu ilin avqust ayında casus olduğu güman edilən 2 rusiyalı Ümumdünya İqtisadi Forumuna hazırlıq işlərini izləməkdə şübhəli biliniblər. Onlardan biri saxlanılarkən özünü santexnik kimi təqdim etsə də, onların üzərində diplomatik pasport aşkar edilib. Amma hüquq-mühafizə orqanları onları həbs etməyiblər, nəticədə rusiyalı casuslar İsveçrəni tərk edə biliblər.
Məqalədə qeyd olunub ki, rusiyalı casusların hədəfləri arasında foruma dəvət olunan Kremlin tənqidçisi, “Hermitage Capital” Fondunun qurucusu Vilyam Brauder də ola bilərdi.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-davosda-rusiyali-casuslar-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR