Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏT - LİFTDƏ ÖLDÜ

Bakıda yeni tikilən çoxmərtəbəli binada DƏHŞƏT - LİFTDƏ ÖLDÜ
10:38 22 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, dünən saat 12 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 115 ünvanında yeni tikilmiş çoxmərtəbəli binada "İKMA Services" MMC tərəfindən liftin quraşdırılması zamanı usta həyatını itirib.

Belə ki, MMC-nin quraşdırıcısı, 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu quraşdırma zamanı liftin hərəkətə gəlməsi səbəbindən lift kabinası ilə tavanın arasında qalıb. O, sıxılma nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/302588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR