Astara rayonu Artupa kəndində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, məktəbin direktoru Aynur Muradova, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verilib. Bu hadisənin xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğu diqqətə çatdırılıb. Natiqlər, gənclərimizin milli-mənəvi dəyərlərimiz və hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd ediblər.

Sonda məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR