Avropa İttifaqı: Azərbaycanla yeni sazişin imzalanması üzrə danışıqlar yekun mərhələdədir

Avropa İttifaqı: Azərbaycanla  yeni sazişin imzalanması üzrə danışıqlar yekun mərhələdədir
11:08 22 Yanvar 2020
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqlar yekun mərhələdədir.

Trend-in məlumatına görə, bunu “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

O bildirib, bu saziş bağlandıqdan sonra Azərbaycan və Aİ əlaqələri yeni mərhələyə qədəm qoyacaq.

Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini deyən K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: "Bundan əlavə, Avropa İttifaqına üzv ölkələr Azərbaycana ən çox invesitisiya yatıran dövlətlərdir. Aİ, həmçinin Azərbaycandan keçən nəqliyyat layihələrinin reallaşdırılmasına da öz dəstəyini verir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3180604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR