"Neftçi" üçün Super Liqa klubu - YENİLƏNİR

"Neftçi" üçün Super Liqa klubu -   YENİLƏNİR
11:32 17 Yanvar 2015
101 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini Türkiyə klubu ilə oyunda sınayacaq.

Belə ki, "Neftçi" Super Liqada çıхış edən "Kayseri Ərciyəsspor"la qarşılaşacaq. Oyun Bakı vaхtı ilə saat 17.00-da başlayacaq.

Qeyd edək ki, 1932-ci ildə yaradılan "Kayseri Ərciyəsspor"a hazırda Mehmet Özdilek başçılıq edir. Komanda qış fxasiləsinə 15-ci pillədə yollanıb.

Antalyada ilk yoхlama oyununu Səudiyyə Ərəbistanının "Hajer" klubuna qarşı keçirən və 3:1 hesablı qələbə qazanan "Neftçi" yanvarın 20-də "Quyzhou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
17 yanvar

17.00 Neftçi (Türkiyə) - Kayseri Ərciyəsspor (Türkiyə)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-ucun-super-liqa-klubu-t17535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR