Məzahir Pənahov: "Hansısa xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur"

Məzahir Pənahov: "Hansısa xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur"
12:47 22 Yanvar 2020
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Hansısa xoşagəlməz hal hər hansı bir Avropa ölkəsində baş verəndə bunu təsadüf kimi qəbul edirlər, problemi həll edib aradan qaldırırlar. Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahr Pənahov deyib.

O bildirib ki, milyonlarla insanın iştirak etdiyi istənilən tədbirdə xoşagəlməz hallar baş verir: "Dünyanın harasında olmasından asılı olmayaraq bu belədir. Milyonlarla insanın iştirak etdiyi tədbir ideal keçə bilməz. Xoagəlməz hallar baş verdikdə Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal tədbirlər görülür və bu hal aradan qaldırılır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/819848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR