Şahzadə bin Salman barəsində ŞOK İDDİA

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Camal Haşoqqinin öldürülməsindən 5 ay əvvəl, jurnalistin işlədiyi "Washington Post" qəzetinin rəhbəri Cef Bezosun (Jeff Bezos) telefonundakı şəxsi məlumatları haker müdaxiləsi ilə ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu iddia ilə "The Guardian" qəzeti çıxış edib.

Nəşrin yazdığına görə, "Washington Post" qəzetinin müdiri və "Amazon" alış-veriş saytının sahibi Cef Bezosun mobil telefonu bin Salmanın "WhatsApp" hesabından göndərilən video mesajla hakerlər tərəfindən ələ keçib.

1 may 2018-ci ildə göndərilən mesajdan sonra Bezosun mobil telefonundakı çox sayda məlumat yüklənib.

Qeyd edildi ki, Camal Haşoqqinin qətl hadisəsi haker hücumundan 5 ay sonra törədilib və Bezosun şəxsi həyatı ilə bağlı xəbərlər 9 ay sonra ABŞ-da dərc olunan "National Enquirer" qəzetində yayımlanmağa başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Haşoqqinin İstanbuldakı konsulluqda qətlə yetirilməsində ittiham olunan 5 nəfər barəsində edam qərarı çıxarıb.(baku.ws)

https://metbuat.az/news/1331301/daha-bir-iranli-ko...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR