Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu

Çoxuşaqlı ata oğlunu xilas etmək üçün koyotu yalın əlləri ilə boğub.

Metbuat.az xəbər verir ki, bu barədə “Boston 25 News” xəbər yayıb. Bildirilir ki, hadisə ABŞ-ın Nyu-Hempşir ştatında qeydə alınıb.

Kensiqton şəhərinin sakini İen Orayli xanımı və üç uşağı ilə gəzərkən iki yaşlı oğlu koyotun hücumuna məruz qalıb. Ata dərhal heyvanın üstünə tullanaraq, onu yerə sıxıb və əli ilə ağzını tutub.

“Bu yolla mən onu zərərsizləşdirə bildim”, - deyə ata bildirib.

Sonra isə heyvanı boğub. Oreylinin oğlu qalın geyimdə olduğu üçün zərər çəkməyib. Atanı isə heyvan əlindən və sinəsindən dişləyib.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR