Bakıda bu əczaçılar görün nə edirlərmiş...

Bakıda bu əczaçılar görün nə edirlərmiş...
15:47 22 Yanvar 2020
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayon və Bakı sakinləri satışına məhdudiyyət qoyulmuş həbləri satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Millli.Az-a daxil olan məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd "Tramadol" və 5 ədəd "Prebagalin" həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd "Tramadol", 667 ədəd "Pregabalin", 659 ədəd "T-doll", 246 ədəd "Contramal", 10 ədəd "Tamol XX", 58 ədəd "Royal", 70 ədəd "Lyrica" və 126 ədəd "Regapen" aşkar edilərərk götürülüb.

Millli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/819845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR