Ağacları kəsən şirkət 27 min manata yaxın cərimələndi

Ağacları kəsən şirkət 27 min manata yaxın cərimələndi
16:12 22 Yanvar 2020
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Milli.Az-a bildirilib ki, araşdırma zamanı "Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi" layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib.

Faktla bağlı icraçı "Bayburd" tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/819770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR