"Wealth-X and UBS Billionaire Census 2014" jurnalı dünya milyarderlərinin siyahısını açıqlayıb. Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, jurnal dünyada 2325 nəfər milyarder olduğunu qeyd edib. Onların 12%-i isə qadınlardır.
Bütün milyarderlər birlikdə 930 milyard dollar vəsaiti idarə edirlər.
216 nəfər qadın milyarderin cəmi 17%-i bu qədər vəsaiti özü qazanıb. Qalanları isə ərlərindən və atalarından miras alıblar.
Dünyanın ən varlı qadını amerikalı Kristi Uolton olub. Onun varidatı 37.9 milyard dollar təşkil edir. O, mirasını Wal-Mart-ın təsisçisinin oğlu Con Uoltondan alıb.
Avropanın isə ən varlı qadını L’Oreal kosmetologiya şirkətinin sahibi - 92 yaşlı Lilian Bettankurdur. Onun varidatı 3.3 milyard dollardır.
Milli.Az