LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır

LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır
17:55 22 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiyanın LUKOYL şirkəti Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə layihələr planlaşdırır.

Trend-in məlumatına görə, bunu LUKOYL-un rəhbəri Vahid Ələkbərov deyib.

O bildirib ki, hazırda bəzi layihələr müzakirə olunur:

“Bu, “Naxçıvan” bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Geoloqlarımız hesab edir ki, bu sahələr perspektivlidir. Hazırda biz SOCAR-la tədqiqat üzrə danışıqlar aparırıq. Böyük ehtimalla saziş Davos iqtisadi forumu çərçivəsində imzalanacaq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3180802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR