Bakı şəhər Prokurorluğunun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Bakı şəhər Prokurorluğunun 8 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
18:15 22 Yanvar 2020
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Ötən il Bakı şəhər Prokurorluğunda xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Trend-in məlumatına görə, bunu Bakı şəhər Prokurorluğunda 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov deyib.

Onun sözlərinə görə, hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3180974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR