Zelenski və Putin İsraildə görüşə bilər

Zelenski və Putin İsraildə görüşə bilər
18:42 22 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Kiyev Holokost anımı forumu çərçivəsində İsrailə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilməsini istəyib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
"Onlara söylədim ki, prezidentin proqramı çox zəngindir. Ayrıca görüş olsa belə, yalnız ayaqüstü və çox qısa olacaq. Ayrıca görüşə fiziki olaraq vaxt qalmayacaq”, - o deyib.
Eyni zamanda o, heç kimin V.Zelenskinin istəyini geri çevirmədiyini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/zelenski-ve-putin-i-srailde-goruse-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR