Nizami Kino Mərkəzində “ulduz paradı” davam edir

Nizami Kino Mərkəzində “ulduz paradı” davam edir
11:33 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzi növbəti “ulduz paradı”na hazırlaşır.
Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, yanvarın 29-da Türkiyənin ən məşhur aktyorları –“Möhtəşəm yüz il” serialında “Malkoçoglu” obrazını canlandıran Burak Özçivit və “Sünbül ağası” Selim Bayraktar, həmçinin cazibədar aktrisa Fahriye Evcen “Aşk sana benzer” filminin qala – gecəsinə qatılmaq üçün Nizami Kino Mərkəzinə gələcəklər.
Bedia Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A. Taner Elhanın lentə aldığı bu romantik dram, bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı əlində saxlamaq üçün çarpışan Əli, bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla – Denizlə qarşılaşır. İlk baxışdan bir-birlərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Denizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır.
Qala –gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Fahriye Evcen, Burak Özçivit, Selim Bayraktar filmin rejissoru A.Taner Elhan, və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.
Filmi izlədikdən sonra mətbuat konfransı keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR