Türkiyədə 5.4 bal gücündə zəlzələ olub

Türkiyədə 5.4 bal gücündə zəlzələ olub
01:01 23 Yanvar 2020
187 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Manisa vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:22-də Akhisar rayonunda qeydə alınıb.

Onun ardınca, rayonda 4,4 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar yerli vaxtla saat 22:25-də qeydə alınıb. Daha sonra saat 22:34-də 3,7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Təxminən 6.98 kilometr dərinlikdə baş verən zəlzələ İzmir, Manisa, Aydın əyalətlərində, həmçinin Yalova və Bursada da hiss edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3181078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR