SON DƏQİQƏ: Türkiyənin ardınca İranda da ŞİDDƏTLİ ZƏLZƏLƏ oldu - Regionda nə baş verir

SON DƏQİQƏ: Türkiyənin ardınca İranda da ŞİDDƏTLİ ZƏLZƏLƏ oldu - Regionda nə baş verir
01:08 23 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş verən ardıcıl yeraltı təkanlardan sonra İranda da güclü zəlzələ baş verib.

Publika.az İran mənbələrinə istinadən xəbər verir ki, Hörmüzgan vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Yerli vaxtla 22:53-də baş verən yeraltı təkanların episentri yerin 21 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib. Ardınca bölgədə 4,4 bal və 3,3 bal gücündə daha iki zəlzələ olub. Tələfat qeydə alınmayıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/302675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR