"Real" İspaniya kubokunun 1/8 finalına çıxıb

"Real" İspaniya kubokunun 1/8 finalına çıxıb
04:57 23 Yanvar 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın kubokunun 1/16 finalında "Unionistas de Salamanka" Madrid "Real"ını qəbul edib.
“Report” xəbər verir ki, qarşılaşma Salamankada "Pistas del Elmantiko" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 18-ci dəqiqədə açılıb. Qaret Beyl "Real” azarkeşlərini sevindirib. İkinci hissənin 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Alvaro Romero bərabərləşdirib. Beş dəqiqə sonra Salamanka komandasının müdafiəçisi Xuan Qonqor topu öz qapılarına göndərib. Əlavə edilmiş vaxtda "Real"ın hücumçusu Braim Dias oyunda son nöqtəni qoyub.
İspaniyasının kubokunun 1/16 finalının digər matçında "Valensiya" “Ud Loqrones"i 1:0 ilə udub, "Jirona" "Vilyarreal”a 0:3 hesabı ilə uduzub, "Real Sosedad" "Espanola”dan üstün (2:0) olub, və “Valyadolid" "Tenerife”ə məğlub (1:2) olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/real-i-spaniya-kubokunun-1-8-finalina-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR