“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb
07:52 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Google Play" internet mağazasında "WhatsApp" messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

Bu, ilk olaraq "Android Police" nəşrinin diqqətini çəkib. Məlumata görə, bundan əvvəl yalnız "Facebook" sosial şəbəkəsinin kliyenti bu uğura imza atmışdı.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu messencerin bir çox ölkələrdə ən vacib ünsiyyət vasitəsi olduğunu nəzərə alsaq, 5 milyard dəfə yüklənmənin real olduğu mümkündür.

Son məlumatlara görə, "WhatsApp" proqramının aylıq auditoriyası 1,5 milyardı ötür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/819618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR