Nvidia-dan yeni əjdaha video kartlar gəlir: RTX 3080 və 3070

Nvidia-dan yeni əjdaha video kartlar gəlir: RTX 3080 və 3070
08:17 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Nvidia 2020 üçün yeni Amper arxitekturasına keçid eləyir. Həmçinin artıq 7 nm ölçüsündə çiplər istehsal ediləcək. Sızan məlumatlara görə isə şirkətin yeni flaqman modelləri olan Nvidia RTX 3080 və 3070 çox güclü olacaq. Yeni nəsil 3000 ailəsi əvvəlki nəsil olan 2000 ailəsinə nəzərən daha performanslı və güclü olacaqlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, Amper arxitekturasında hazırlanan və 7 nm ölçülü çipsetləri olan RTX 3000 seriyası çox güclü olacaq.

Qeyd edək ki, yeni video kartların Mart ayında keçirilən GPU Technology Conference konfransında təqdim edilməsi gözlənilir. Şirkətin ən üst modelləri olan RTX 3080 və 3070 ilə bağlı bəzi detallar artıq indidən bəlli oldu. RTX 3080 video kartı GA103 kod adına malikdir və vRam olaraq 10/20 GB istifadə edəcək. Qeyd edək ki, hal-hazırda video kart ekosistemində 8 GB və 12 GB ən üst limitlər idi. İndi isə 20 GB Video rama malik video kartlar gəlir. Bu kart həmçinin 340 Bit video yaddaş dəstəyinə malik olacaq.

GA104 kod adlı RTX 3070 video kartı isə 8/16 GB vRam dəstəyinə malik olacaq və 256 Bit video yaddaş dəstəyinə malik olacaq. Hər iki video kart 7 nm çiplərdən istifadə edəcək, lakin hansı firmanın istehsal edəcəyi bəlli deyil. Təxminlərə görə Samsung şirkətinin istehsal prosesində iştirak edəcəyi düşünülür, lakin alternativ olaraq TSMC şirkəti də var. Qeyd edək ki, Nvidianın ən güclü kartlarından olan RTX 2080 Super belə 8 GB vRam dəstəyinə malikdir. Bu da yeni kartların nə dərəcə güclü olacağını təxmin etməyimizə yardım edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/819627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR