Qubada ağır qəza: yol polisi rəisinin qardaşı ölüb

Qubada ağır qəza: yol polisi rəisinin qardaşı ölüb
11:34 17 Yanvar 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

 Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qeyd edək ki, hadisədə dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR