ABŞ-da atışma olub: ölən və yaralılar var

ABŞ-da atışma olub: ölən və yaralılar var
09:05 23 Yanvar 2020
31 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Siettl şəhərində naməlum şəxs atəş açıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər polis idarəsinin "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, şübhəli şəxs hadisə yerindən qaçıb. Hazırda o hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılır.

Atışma turistlər arasında populyar olduğu yerdə açılıb. 9 və 55 yaş arasındakı 5 yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR