Ankarada 1 saatda 3 dəfə zəlzələ olub

Ankarada 1 saatda 3 dəfə zəlzələ olub
09:27 23 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin paytaxtı Ankarada ard-arda üç zəlzələ olub.
“Report” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.
Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.
Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Alparslan Öztürk

Xəbərin orijinal ünvanı: https://report.az/region/ankarada-1-saatda-3-defe-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR