Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir (FOTO)

Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir (FOTO)
09:43 23 Yanvar 2020
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir.

Trend-in məlumatına əsasən, K.Qafarov yanvarın 22-də Binəqədi rayonunun Aqil Məmmədov və Aydinbəyov küçələrinin bir qrup sakini ilə görüşüb.

Səmimilik və qarşılıqlı etimad şəraitində baş tutmuş görüşlər zamanı Kamaləddin Qafarov ölkədəki sabitlik, dayanıqlı inkişaf və islahatlar barədə seçicilərə geniş məlumat verib, onlarla fikir mübadiləsi aparıb. Görüş iştirakçıları son dövrdə reallaşan islahatlardan razılıqlarını ifadə edib, fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3181162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR