Qadının qarnından 15 kiloqram şiş çıxardılar - FOTO

Qadının qarnından 15 kiloqram şiş çıxardılar - FOTO
10:22 23 Yanvar 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada 20 il həkim müayinəsinə gəlməyən xəstənin qarnından 15 kq şiş çıxarıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Moskvada 15 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərinə 78 yaşlı qadın müraciət edib.

Bu barədə tibb müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qadın qarnında olan ağrılardan və ölçüsünün sürətlə böyüməsindən şikayətlənib.

Əməliyyat zamanı həkimlər onun qarnından 30 x 35 sm ölçüdə və 15 kq ağırlığında şiş çıxarıb.

Sonradan müalicəsini ginekoloji şöbədə davam etdirən yaşlı qadının səhhəti yaxşılaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR