"Ölsəm bağışla" filminin ulduzu: “Teatr mənim üçün artıq oyun deyil” - FOTO

"Ölsəm bağışla" filminin ulduzu: “Teatr mənim üçün artıq oyun deyil” - FOTO
10:53 23 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Teatr mənim üçün artıq oyun deyil. O, həyatımın mənasına, etiraza, qiyama, vəziyyətdən çıxış yoluna çevrilib. Hər dəfə ümidsizləşəndə o mənə ümid verir, gəmi qəzasına düşənlərin sahilə üzüb çıxa bildiyi taxta parçasına çevrilir".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə paylaşıb. 25 yanvar tarixində saat 19.00-da "Yuğ" teatrında "Medeya" tamaşası ilə teatrsevərlərin görüşünə gəlməyə hazırlaşan aktrisa sözlərinə belə davam edib:

" "Medeya" tamaşasında deyildiyi kimi - aktyor hər dəfə yenidən doğulan, amma gözə görünən bir ruhdur. Dəlicəsinə sevən Medeya, həm nifrət edən, həm də sevgisi naminə hər şeyə qadir olan".

Məlumat üçün bildirək ki, 1989-cu ildə lentə alınan "Ölsəm bağışla" filmində Xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olan Gülzar Qurbanova bu ekran işində yaratdığı rolu ilə populyarlıq qazanıb. O, məşhur rejissor Elxan Cəfərovla evlidir.

Qeyd edək ki, aktrisa bu yaxınlarda tanınmış dramaturq Mircəlal Paşayevin eyniadlı əsəri əsasında hazırlanmış "Nazik mətləb" filmində tamamilə başqa bir obrazda qarşımıza çıxacaq. Ekran əsərində onun tərəf müqabili model Rüstəm Cəbrayılovdur. Film astronomiya müəlliminin öz şagirdinə aşiq olmasından və onların nakam məhəbbət hekayəsindən bəhs edir. Maraqlıdır ki, 49 yaşı olsa da, gənclik cazibəsini itirməyən kino ulduzu burada 22 yaşlı gənc qızı ifa edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/302677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR